Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin avqust ayının 31-də saat 10ºº-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində ( Zaqatala şəhəri, Car küçəsi 1 ) Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Zaqatala rayonu Famil Rəhimov (050) 324-34-31 (024) 225-21-32
Şəki şəhəri Mirvari Zeynalova (055) 462-07-00 (024) 244-21-60
Balakən rayonu Şəfəq Hacıyeva (070) 508-05-11 (024) 295-17-23
Qax rayonu Dilarə Əzizova (055) 681-96-93 (024) 255-22-83
Oğuz rayonu Ulduz Baxışova (050) 547-18-14 (024) 215-21-00