Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi ilə əlaqədar "Bakı Metropoliteni"inin "Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək.
Metropolitenin məbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, tarixi, sosial-ictimai mövzunu əhatə edən layihə iki qurumun birgə təşkilatçılığı ilə ərsəyə gələcək. Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.