Ucnoqta.az
www.ucnoqta.az

"Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək

14:15 - 24 Avqust 2018 tarixində dərc olunub.

 Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi ilə əlaqədar "Bakı Metropoliteni"inin "Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək.

Metropolitenin məbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, tarixi, sosial-ictimai mövzunu əhatə edən layihə iki qurumun birgə təşkilatçılığı ilə ərsəyə gələcək. Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.

Müəllif: