Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

11:19 - 14 Avqust 2018 - Xəbər

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

İlk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir  məscidində qılınacaq.
Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bayram namazını Təzəpir məscidində qılacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür. 

Xəbər xətti