Astarada 4 ədəd avtomat və silah-sursat aşkarlanıb

11:49 - 9 Avqust 2018 - Xəbər

Astarada fəaliyyət göstərməyən çay fabrikinin ərazisindən silah-sursat aşkar edilib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülən tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.

Xəbər xətti