Bu yolda təmir işləri aparılır

10:58 - 8 Avqust 2018 - Xəbər

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-50 km km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər xətti