"Müşavir təyin edilməmişəm"- General-mayor

16:55 - 7 Avqust 2018 - Xəbər

Daxili İşlər Naziri (DİN) Ramil Usubov özünə yeni müşavir təyin edib.

Ucnoqta.az unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilib.

***
Ucnoqta.az xəbər verir ki, General-mayor Şərif Əsədullayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib: “Bu məlumat həqiqətə uyğun deyil. Hazırda təqaüddəyəm, heç bir işlə məşğul deyiləm. Sadəcə elmi və yaradıcı fəaliyyətlə məşğul oluram”.

Xəbər xətti