Bakıda sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə başlanıb

15:09 - 7 Avqust 2018 - Xəbər

Ölkə başçısının tapşırıqlarina uyğun olaraq paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Ucnoqta.az-a verilən məlumata görə, ilk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada vətəndaşların istirahəti üçün müvafiq şərait yaradılaraq onların yeni səviyyəyə çatdırılması işləri aparılır. Əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirməkdir.

Görülən işlərə nəzarət  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.  

Xəbər xətti