Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində iyulun 30-dan avqustun 5-dək 13763 ümumi müraciət daxil olub.
Onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub.
Miokard infarktı ilə müraciətlərin sayı 12, hospitalizasiya 12; insultla müraciətlərin sayı 52, hospitalizasiya 52; cərrahi xəstəliklərlə bağlı müraciətlərin sayı 112, hospitalizasiya 112, doğuşla bağlı müraciətlərin sayı 57, hospitalizasiya 57; zədə ilə bağlı müraciətlərin sayı 326, hospitalizasiya 307; 23 avtoqəza hadisəsi nəticəsində xəsarət alanların sayı 30, hospitalizasiya 25 olub.trend