Mehman Hüseynov anasının dəfninə buraxıldı

17:31 - 6 Avqust 2018 - Xəbər

Bloqer Mehman Hüseynov anasının dəfnində iştirak edəcək.

Bu barədə Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya məlumat verib. Onun sözlərinə görə, M.Hüseynov bu gün müvəqqəti azadlığa buraxılıb.

Qeyd edək ki, Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da gecə saat 01 radələrində vəfat edib.

Xəbər xətti