Azərbaycan tankçıları yarımfinala çıxdılar

14:15 - 6 Avqust 2018 - Xəbər

Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar.

 Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.

Xəbər xətti