Bakıda 25 yaşlı gəlin itkin düşdü

12:16 - 6 Avqust 2018 - Xəbər

Bakıda 25 yaşlı gəlin naməlum şəraitdə itkin düşüb.

Bu barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə rayonun Bahar qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Abbasov Bəxtiyar Rizvan oğlu məlumat verib. O bildirib ki, iyulun 26-da həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abbasova Nabat Əli qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılır. trend

Xəbər xətti