Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

10:52 - 6 Avqust 2018 - Xəbər

Təhsil naziri Ceyhun Bayramov 13 avqust 2018-ci il tarixində saat 10:00-da Qazax şəhərindəki Ədəbiyyat Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinlərini qəbul edəcək.

Ucnoqta.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 6-9 avqust 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər

Xəbər xətti