Bakı-Dairəvi 1 avtomobil yolunda (Biləcəri-Bakı-Sumqayıt yol ayrıcında) yol nişanlarının və lövhələrin sökülməsi və Abşeron rayonu, Dalğa plazanın qarşısından Novxanı istiqamətinə üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.