Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

11:00 - 4 Avqust 2018 - Xəbər

Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 3-dən 4-nə dək 108 cinayət faktı qeydə alınıb. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, baş vermiş cinayət hadisələrinin 26-sı “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Xəbər xətti