Bir ayda "Qoşa Təpə" gömrük postundan 14 min 388 nəqliyyat vasitəsi keçib

16:02 - 3 Avqust 2018 - Xəbər

Bu ilin iyul ayı ərzində Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postundan 14 min 388 nəqliyyat vasitəsi keçib.

Bu barədə DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov jurnalistlərin suallarını cavablandırarkən deyib.

İdarə rəisi qeyd edib ki, avqust ayının 2-də "Qoşa Təpə” gömrük postunun idxal və ixrac xəttindən ümumilikdə 643 nəqliyyat vasitəsi keçib.

Xəbər xətti