Tovuzda yol qəzasında ər və arvad ağır yaralanıb

10:20 - 2 Avqust 2018 - Xəbər

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. 

Hərəkətdə olan “VAZ-2107” və “VAZ-2121” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107” də olan iki nəfər, Qovlar şəhər sakini, 1951-ci il təvəllüdlü Nazim Məmməd oğlu Şamilov və onun həyat yoldaşı 1951-ci il təvəllüdlü Məzə Müseyib qızı Şamilova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti