Vergi borcuna görə 6 avtobus satışa çıxarıldı

10:05 - 1 Avqust 2018 - Xəbər

Vergi borcuna görə avtonəqliyyat müəssisəsinin 15,6 min manatlıq 6 əmlakı yenidən hərraca çıxarılıb.

Vergilər Nazirliyi vergi borcuna görə "Tərtər Avtonəqliyyat” ASC müəssisəsinə məxsus 6 avtobusu ikinci dəfə hərraca çıxarıb. May ayında birinci dəfə hərraca çıxarılan avtobuslara 15 min 600 manat qiymət qoyulub.
İlkin hərracda satılmadığından avtobusların qiyməti 10% aşağı salınaraq ümumilikdə 14 min 40 manat müəyyənləşdirilib.

Hərraca çıxarılan əmlaklar Tərtər şəhəri, E. Hüseynov küç. ev 56 ünvanında yerləşir.Apa

Xəbər xətti