Qubanın dağlıq ərazilərində yanğın başlayıb

14:59 - 30 İyul 2018 - Xəbər

Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.

Ucnoqta.az xəbər verir ki, Quba Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir. 

Xəbər xətti