"Yaxın vaxtlarda Cənubi Qafqaz ölkələrinə səfərim çərçivəsində Azərbaycana da gedəcəyəm".
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir Tbilisidə keçirilən "Cənubi Qafqaz regionunda media azadlığı" adlı 15-ci beynəlxalq konfransında deyib. O bildirib ki, səfərin məqsədi Cənubi Qafqaz ölkələrində, eləcə də Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə yerində tanış olmaqdır.
“Səfər çərçivəsində konfransda qəbul olunmuş tövsiyələrin icrası, həm də KİV-lərin vəziyyəti ilə yerindəcə tanış olacağam”, - deyə A. Dezir vurğulayıb.