İlham Əliyev Sercio Mattarellanı “Heydər Əliyev” ordeni ilə təltif edib
21:26 - 18 İyul 2018 - Xəbər
Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella “Heydər Əliyev” ordeni ilə təltif edilsin.”