Bu ilin 500 km-ə yaxın yol yenidən qurulub

18:30 - 18 İyul 2018 - Xəbər

Bu ilin I yarısında Azərbaycanda uzunluğu 463,8 km olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə, 2018-ci ilin 6 ayı ərzində ölkənin 17 rayonunda 23 layihə, o cümlədən 2 respüblika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri artıq başa çatdırılıb.report

Xəbər xətti