ATƏT/DTİHB Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı yekun hesabatını açıqlayıb

15:01 - 18 İyul 2018 - Xəbər

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTIHB) Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı yekun hesabatını açıqlayıb. 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, nəticələrlə bağlı ilk rəy seçkilərdən bir gün sonra - aprelin 12-də elan olunub. 

Qeyd edək ki, ATƏT/DTİHB-nin seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda fəaliyyətə başlayıb. Missiyanın rəhbəri Koryen Yonker olub. Seçki prosesini izləmək üçün 30 uzunmüddətli və səsvermə gününü izləmək üçün 280 müşahidəçi Bakıya gəlib. 

Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçirilib.

Xəbər xətti