Stolüstü Tennis Federasiyası jurnalistlər üçün turnir keçirəcək

10:43 - 5 İyul 2018 - Xəbər

Stolüstü Tennis Federasiyası tərəfindən mətbuat nümayəndələri arasında 22 İyul Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis turniri təşkil ediləcək.

Turnir 14 iyul 2018-ci il tarixində, saat 10:00-da “Şüa” idman sağlamlıq kompleksində start götürəcək. Yarışın qaliblərinə Federasiyanın diplom və mükafatları təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyən media nümayəndələri 10 iyul 2018-ci il tarixinədək 012 408 74 54 telefonuna zəng etməklə və ya [email protected] e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. 

Xəbər xətti