Stolüstü Tennis Federasiyası tərəfindən mətbuat nümayəndələri arasında 22 İyul Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis turniri təşkil ediləcək.
Turnir 14 iyul 2018-ci il tarixində, saat 10:00-da “Şüa” idman sağlamlıq kompleksində start götürəcək. Yarışın qaliblərinə Federasiyanın diplom və mükafatları təqdim olunacaq.
Turnirdə iştirak etmək istəyən media nümayəndələri 10 iyul 2018-ci il tarixinədək 012 408 74 54 telefonuna zəng etməklə və ya [email protected] e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.