Zaqatalada doğuş zamanı körpə ölümü baş verib

16:36 - 2 İyul 2018 - Xəbər

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.

E. Əlixanovanın qayınatası Nazim Əlixanov APA-nın yerli bürosuna bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.

 

N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.

Xəbər xətti