Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Zaqatalada doğuş zamanı körpə ölümü baş verib</b></font>

16:36 - 2 İyul 2018 tarixində dərc olunub.

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.

E. Əlixanovanın qayınatası Nazim Əlixanov APA-nın yerli bürosuna bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.

 

N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.

Müəllif: