Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirini qəbul edib.
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Ucnoqta.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, səfir Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfir Yusif bin Həsən Yusif əl-Saiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.