Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 27 mln. 54,78 min dollar dəyərində 18 450,52 ton ət idxal edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib. Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 5 ilə müqayisədə 1 mln. 514,02 ton və ya 7,58% azdır. Məbləğ baxımından isə illik nisbətdə 2 mln. 392,12 min dollar və ya 8,12% azdır.
Qeyd edək ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 29 mln. 446,90 min dollar dəyərində 19 964,54 ton ət idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,7%-ni təşkil edib.