“Keçi saqqalı mənə uğur gətirir” - Ronaldo

12:02 - 21 İyun 2018 - Xəbər

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo keçi saqqalı saxlamasının səbəbini açıqlayıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu İspaniya ilə oyundan əvvəl etdiyi zarafata görə saqqal saxladığını bildirib:
“Rikardo Kuarejma ilə saunada olarkən ona dedim ki, İspaniya ilə matçda qol vura bilsəm, keçi saqqalı saxlayacam. 3 qol vurdum və ikinci matçda da fərqləndim. Mundial başa çatana qədər bu saqqalı qırxmayacam. Mənə uğur gətirir”.

Xəbər xətti