Ucnoqta.az
www.ucnoqta.az

“Keçi saqqalı mənə uğur gətirir” - <font color=red><b>Ronaldo</b></font>

12:02 - 21 İyun 2018 tarixində dərc olunub.

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo keçi saqqalı saxlamasının səbəbini açıqlayıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu İspaniya ilə oyundan əvvəl etdiyi zarafata görə saqqal saxladığını bildirib:
“Rikardo Kuarejma ilə saunada olarkən ona dedim ki, İspaniya ilə matçda qol vura bilsəm, keçi saqqalı saxlayacam. 3 qol vurdum və ikinci matçda da fərqləndim. Mundial başa çatana qədər bu saqqalı qırxmayacam. Mənə uğur gətirir”.

Müəllif: