Hikmət Hacıyev: Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib
15:03 - 18 İyun 2018 - SİYASƏT
Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland daim ermənipərəst mövqeyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib.
Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistan XİN-in mətbuat katibinin sayəsində Avropa Şurası kuluarlarında T.Yaqland barədə hər kəsə bəlli olan bütün ictimaiyyətə məlum oldu:
"Artıq iş o həddə çatıb ki, deyəsən, Avropa Şurasının baş katibi Ermənistan XİN-ə onun dilindən danışmağa vəkalət verib. Nəhayət, bütün maskalar yırtıldı".
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.