Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, səsvermədə 66 nəfər iştirak edib. AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırkı rəhbəri akademik Akif Əlizadə seçilib.
Qeyd edək ki, A.Əlizadə AMEA-nın prezidenti vəzifəsinə 2013-cü ildə Akademiyanın prezidenti Mahmud Kərimovun vəfatından sonra seçilib. Buna qədər isə o, Akademiyanın vitse-prezidenti olub.