Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Akif Əlizadə yenidən AMEA prezidenti seçildi</b></font>

14:51 - 8 İyun 2018 tarixində dərc olunub.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, səsvermədə 66 nəfər iştirak edib. AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırkı rəhbəri akademik Akif Əlizadə seçilib.

Qeyd edək ki, A.Əlizadə AMEA-nın prezidenti vəzifəsinə 2013-cü ildə Akademiyanın prezidenti Mahmud Kərimovun vəfatından sonra seçilib. Buna qədər isə o, Akademiyanın vitse-prezidenti olub.

Müəllif: