Ağstafaçayda məktəblinin batdığı ehtimal olunur

19:08 - 31 May 2018 - Xəbər

Qazaxda Ağstafaçayda məktəblinin batdığı ehtimal olunur.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, çayın Qazax şəhərindən keçən hissəsində 13-14 yaşlı oğlanın paltarları tapılıb. Şahidlər bir müddət əvvəl bir neçə məktəblinin çayda çimdiyini görüblər. Hazırda çay kənarında tapılan paltarların kimə məxsus olduğu araşdırılır.   Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Xəbər xətti