Qazaxda Ağstafaçayda məktəblinin batdığı ehtimal olunur.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, çayın Qazax şəhərindən keçən hissəsində 13-14 yaşlı oğlanın paltarları tapılıb.
Şahidlər bir müddət əvvəl bir neçə məktəblinin çayda çimdiyini görüblər. Hazırda çay kənarında tapılan paltarların kimə məxsus olduğu araşdırılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.