Bəzi rayonlara su verilişində fasilələr olacaq
16:41 - 28 May 2018 - Xəbər
Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, "Azərsu" ASC-dən verilən məlumata görə, bununla əlaqədar gün ərzində Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.