Ucnoqta.az
www.ucnoqta.az

Bəzi rayonlara su verilişində fasilələr olacaq

16:41 - 28 May 2018 tarixində dərc olunub.
Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Ucnoqta.az xəbər verir ki, "Azərsu" ASC-dən verilən məlumata görə, bununla əlaqədar gün ərzində Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.
Müəllif: