Ramosun cəzalandırılması tələbi ilə petisiya başladılıb: artıq 180 min insan imzalayıb

09:00 - 28 May 2018 - Xəbər

"Change.org" portalında Çempionlar Liqasının final matçında "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salaha qəsdən xəsarət yetirdiyinə və simulyasiyaya görə "Real"ın müdafiəçisi Serxio Ramosun cəzalandırılması tələbi ilə FİFA və UEFA-ya ünvanlanmış petisiya yerləşdirilib. Hazırda petisiyaya 180 mindən çox insan imza atıb. Final oyununda "Real" "Liverpul"u 3:1 hesabı ilə məğlub edib. Salah həmin oyunda Ramosla mübarizədən sonra çiynini zədələyərək birinci hissədə meydanı tərk edib.report

Xəbər xətti