Ucnoqta.az
www.ucnoqta.az

Ramosun cəzalandırılması tələbi ilə petisiya başladılıb: <font color=red><b>artıq 180 min insan imzalayıb</b></font>

09:00 - 28 May 2018 tarixində dərc olunub.
"Change.org" portalında Çempionlar Liqasının final matçında "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salaha qəsdən xəsarət yetirdiyinə və simulyasiyaya görə "Real"ın müdafiəçisi Serxio Ramosun cəzalandırılması tələbi ilə FİFA və UEFA-ya ünvanlanmış petisiya yerləşdirilib. Hazırda petisiyaya 180 mindən çox insan imza atıb. Final oyununda "Real" "Liverpul"u 3:1 hesabı ilə məğlub edib. Salah həmin oyunda Ramosla mübarizədən sonra çiynini zədələyərək birinci hissədə meydanı tərk edib.report
Müəllif: