Bu gecə Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılacaq

16:14 - 18 May 2018 - Xəbər

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində bu gecə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Ucnoqta.az xəbər verir ki, AAYDA və BNA-nin birgə məlumatına görə, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq. 

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər xətti