Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində bu gecə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Ucnoqta.az xəbər verir ki, AAYDA və BNA-nin birgə məlumatına görə, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.
Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.