Bakının mərkəzində binanın eyvanı uçdu - Foto

09:42 - 18 May 2018 - Xəbər

Bakının mərkəzində binanın eyvanı uçulub. Hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib. Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.

Xəbər xətti