Bakının mərkəzində binanın eyvanı uçdu <font color=red><b>- Foto</b></font>
09:42 - 18 May 2018 tarixində dərc olunub.
Bakının mərkəzində binanın eyvanı uçulub.
Hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib.
Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.