Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü başlayıb.
Ucnoqta.az xəbər verir ki, bunu "Report"a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur: "Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır" .