Xarici İşlər Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub
13:41 - 13 May 2018 - SİYASƏT
Xarici İşlər Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə" fərmanında əksini tapıb.
Dəyişikliyə əsasən Xarici İşlər Nazirliyinin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti ləğv edilib.apa