Rusiya xarici işlər nazirinin müavini Azərbaycana gələcək

14:58 - 8 May 2018 - Xəbər

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu həftə Azərbaycana səfər edəcək. Ucnoqta.az xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Q.Karasin mayın 10-da Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılışına qatılacaq. Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti administrasiyaları tərəfindən keçiriləcək.

Xəbər xətti