Rusiya xarici işlər nazirinin müavini Azərbaycana gələcək
14:58 - 8 May 2018 tarixində dərc olunub.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu həftə Azərbaycana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Q.Karasin mayın 10-da Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılışına qatılacaq.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti administrasiyaları tərəfindən keçiriləcək.