Azərbaycanda bu şəxslərin maaşlarının artırılması təklif olunur

15:53 - 2 May 2018 - Xəbər

Azərbaycanda deputatların, hakimlərin və Ombudsmanın maaşlarının 10 faiz artırılması təklif olunur.

Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyinə 4 məsələ əlavə edilib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bununla gündəlikdəki məsələrin sayı 23 olub. Əlavə olunan məsələlər Ombudsmanın, Konstitutsiya məhkəməsi hakimlərinin, məhkəmə hakimlərinin fəaliyyəti və deputatların statusu ilə bağlı qanunlara dəyişikliklərdir. Layihələrdə Ombudsmanın, qeyd olunan məhkəmə hakimlərinin və deputatların əmək haqlarının 10 faiz artırılması təklif olunur.

Xəbər xətti