"Veysəloğlu"nun əməkdaşına hücum olub, şirkətin 70 min manatı aparılıb

10:57 - 2 May 2018 - Xəbər

 Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Veysəloğlu" Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar.
Məlumata görə, çantanın içərisində "Veysəloğlu" Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti